Modern.az

Ceyhun Bayramov Azərbaycan-İtaliya münasibətlərindən danışdı

Ceyhun Bayramov Azərbaycan-İtaliya münasibətlərindən danışdı

Aktual

2 Aprel 2022, 13:21

Azərbaycan-İtaliya əlaqələri ənənəvi dostluq münasibətləridir. Bu dostluq münasibətləri çox möhkəm təməl üzərində qurulub.

 

Modern.az xəbər verir ki, bu fikirləri İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

 

Nazir deyib ki, Azərbaycan-İtaliya münasibətləri 30 il ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında ali və yüksək səviyyəli səfərlərin əlaqələrimizin inkişafında böyük rolu olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar