“İtalyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev italiyalı xarici işlər naziri Luici Di Maionu qəbul edərkən deyib.
“Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda da işlər gedir”, - Prezident əlavə edib.