Modern.az

İtaliya ilə ticarət dövriyyəmiz 10 milyarda çatıb

İtaliya ilə ticarət dövriyyəmiz 10 milyarda çatıb

Aktual

2 Aprel 2022, 13:44

2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 milyard ABŞ dolları səviyyəsinə çatıb.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, iqtisadi əlaqələrdən danışarkən enerji sahəsi mühüm əhəmiyyət kəsb edir:

 

“Neft və qaz sahəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Trans-Adriatik kəmərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan qazının İtaliyaya çatdırılması mümkün olub”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı