Modern.az

Cahit Bağcı koronavirusa yoluxub

Cahit Bağcı koronavirusa yoluxub

Aktual

2 Aprel 2022, 15:20

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı koronavirusa yoluxub.

 

Modern.az-ın məlumatına görə, bu barədə səfir "Twitter" səhifəsində bildirib.

 

Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi pozitiv çıxıb. C.Bağcı hazırda xəstəliyi ağır qrip şəklində keçirdiklərini qeyd edib:

 

"Çox şükür durumumuz yaxşıdır. Vəziyyətimizlə yaxından maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar