İtaliya Azərbaycanın Qarabağda bərpa işlərində iştirak edən ilk tərəfdaş ölkə olub.
Modern.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Azərbaycan-İtaliya: çoxşaxəli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda deyib.
Nazir bildirib ki, Azərbaycan və İtaliya arasında əlaqələr Prezident İlham Əliyevin 2020-ci ildə bu ölkəyə səfərindən sonra daha da möhkəmlənib:
"Hazırda ölkələr arasında təhsil, humanitar, ticarət və digər sahələrdə əlaqələr inkişaf edir. Bununla yanaşı, Azərbaycan və İtaliya TAP layihəsinin işə salınması sayəsində enerji sektorunda da tərəfdaşlıq əlaqələrini gücləndirib".