Modern.az

Ukraynanın hərbi əməliyyatlara xərclədiyi MƏBLƏĞ

Ukraynanın hərbi əməliyyatlara xərclədiyi MƏBLƏĞ

Aktual

2 Aprel 2022, 19:30

Ukraynanın döyüş əməliyyatlarına xərcləri ayda təxminən 10 milyard dollar təşkil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

 

Qeyd edək ki, bu gün Prezident Volodimir Zelenskinin sədrliyi ilə iqtisadi inkişafla bağlı iclas keçirilib. Nazirlər Kabinetinin nümayəndələrilə keçirilən görüşdə xərclərin maliyyələşdirilməsi mənbələri, vergi gəlirləri və Ukraynanın beynəlxalq tərəfdaşlarının köməyi müzakirə olunub.

 

Bundan əlavə, iclasda Ukrayna iqtisadiyyatının yaxın gələcəkdə inkişafına dair proqnozlar nəzərdən keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı