Modern.az

Güləşçimiz Avropa çempionatının finalında

Güləşçimiz Avropa çempionatının finalında

Aktual

2 Aprel 2022, 19:40

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 82 kq-da mübarizə aparan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu finala gedən yolda gürcüstanlı rumıniyalı Mixail Bradu ilə qarşılaşıb.

 

Rəqibinə 3:1 hesabı ilə qalib gələn titullu idmançı adını finala yazdırıb. Onun həlledici görüşdəki rəqibi gürcüstanlı Gela Bolkvadze olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı