3 aprel 2022-ci il tarixdə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış saat 02:54-də daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a bildirilib ki, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 35 briqadası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd olunub ki, yaralıların sağlamlıq durumu ilə bağlı mütəmadi olaraq, ictimaiyyətə məlumat veriləcək.