Modern.az

Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır - TƏBİB

Yaralılardan 6 nəfərin vəziyyəti ağırdır - TƏBİB

Aktual

3 Aprel 2022, 06:47

Bu gecə Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin stabil olaraq qiymətləndirilir.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

 

Bildirilib ki, xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

 

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

 

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı