Modern.az

Prezident Tokayevi öldürmək istədilər

Prezident Tokayevi öldürmək istədilər

Aktual

3 Aprel 2022, 09:04

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd cəhdinin qarşısı alınıb. Ölkənin xüsusi xidmət orqanları prezident Tokayevə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini ələ keçirib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, casusun hansı ölkənin vətəndaşı olduğu açıqlanmayıb.

 

“2022-ci il martın 25-də Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini, "A" respublikasının vətəndaşını saxlayıb”, - rəsmi açıqlamada deyilir.

 

Qeyd olunub ki, saxlanılan şəxs digər yüksək rütbəli dövlət qulluqçularına qarşı da sui-qəsd hazırlamaqda şübhəli bilinir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı