Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı şimal cəbhəsi ilə bağlı məlumat yayıb.
Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya qoşunları ölkənin şimal vilayətlərindən çıxarılıb.
Buna baxmayaraq, rus hərbçilər Xarkovu mühasirəyə almaqda davam edirlər. Donbasda isə aktiv döyüş əməliyyatlarının getdiyi bildirilir.
Rusiya hərbçilərinin yüksək dəqiqlikli silahlardan istifadə etməklə raket zərbələri və zərbələrin intensivliyinin azaldığı bildirilib.
"Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etmək üçün əlavə düşmən bölmələrinin hazırlanması davam edir. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin sakinlərindən və muzdlulardan "könüllü" batalyonların yaradılması planlaşdırılır", - məlumatda deyilir.