İsrail İordan çayının qәrb sahilinin şimalındakı Cenin yaxınlığında 3 fәlәstinlininin öldürüldüyünü açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvәlәri onlara atәş açan fәlәstinlilәri öldürüb.
Öldürülәn fәlәstinlilәrin daha әvvәl Tulkerm bölgәsindә silahlı hücum törәtdiklәri vә başqa hücumlar törәtmәyә hazırlaşdıqları bildirilib. Açıqlamada, hәmçinin öldürülәn fәlәstinlilәrin maşınlarında silah vә qumbaranın aşkar edildiyi vurğulanıb.
Qeyd edәk ki İsrailin bir sıra şәhәrindә martın 22-29 tarixlәri arasında törәdilәn 3 ayrı hücum zamanı 11 fәlәstinli hәyatını itirmişdi.