Modern.az

Klubda yaralanan 3 nəfər evə buraxıldı - YENİLƏNİB

Klubda yaralanan 3 nəfər evə buraxıldı - YENİLƏNİB

Aktual

3 Aprel 2022, 15:12

Bakıdakı partlayışda xəsarət alan daha bir nəfər xəstəxanadan ambulator müalicə üçün evə buraxılıb. 

 

Bu barədə TƏBİB-dən Modern.az-a verilən məlumatda bildirilib.
 
 
Bununla da, gün ərzində stasionar müalicəyə qəbul olunub, müalicə olunaraq, ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı 3-ə çatıb.

 

***

09:50

 

3 aprel 2022-ci ildə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən 2 nəfər evə buraxılıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, bunlar Nərimanov Tibb Mərkəzində müalicə alan şəxslərdir.

 

Bildirilib ki, onlar Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı