Modern.az

Partlayışın səbəbilə bağlı daha bir AÇIQLAMA

Partlayışın səbəbilə bağlı daha bir AÇIQLAMA

Aktual

3 Aprel 2022, 10:25

"Azəriqaz" İstehsalat Birliyi Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanındakı gecə klubunda baş vermiş partlayışla bağlı daha bir açıqlama yayıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, partlayışın maye qaz balonunda yaranmış sızma nəticəsində baş verməsi ehtimal olunur:

 

"Belə ki, müəssisənin daxilində qoşulu vəziyyətdə olan propan qaz balonları ( 3 ədəd) aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil"

 

Rəsmi məlumata görə, təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!