Bu gün Serbiyada prezident, növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanı dəstəkləyən hazırki prezident Aleksandr Vuçiç anketlərə görə prezident seçkilərində açıq-aşkar favoritdir.
Onun rəhbərlik etdiyi "Birlikdə hər şeyi edə bilərik" koalisiyasının tərəfdarları seçkini mütləq şəkildə qazanacaqlarını düşünür.
Ölkənin daxili işlər naziri Vulin isə seçkidən sonra Qərb dəstəkli yeni "Avromaydan" hərəkatı yaşana biləcəyi barədə xəbərdarlıq edib.