İsrailin Azərbaycandakı səfiri Corc Dik Bakıdakı partlayışla bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, səfir Corc Dik sosial şəbəkə hesabında bunları yazıb:
“Ötən gecə Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi. Həlak olanların ailələrinə İsrail xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.
Qeyd edək ki, bu gecə Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralınıb.