Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq təklifini geri çevirib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Pakistan telekanalları tərəfindən canlı yayımlanan müzakirələrdə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.
Qeyd edək ki, Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin keçirilməsi ilə bağlı təklif müxalifət tərəfindən verilib. Müxalifət 2018-ci ildə hakimiyyətə gələn İmran Xanı ölkədəki iqtisadi vəziyyəti yaxşılaşdıra bilməməkdə və korrupsiyada ittiham edir.
İmran Xan isə ona qarşı başladılan kampaniyanın ABŞ tərəfindən təşkil olunduğunu bildirib. Baş nazir diqqətə çatdırıb ki, Vaşinqton onu postundan devirməyə çalışır.