Pakistanın Baş naziri İmran Xan ölkə prezidentini yeni seçkilər elan etməyə çağırıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Pakistan Baş naziri İmran Xan ölkə prezidentini parlamenti buraxmağa və yeni seçkilər elan etməyə çağırıb.
İmran Xan xüsusilə də ABŞ-ı hazırkı proseslərin arxasında durmaqda ittiham edib.
O, iddia edib ki, ABŞ rəsmiləri pakistanlı diplomatları xarici siyasətindəki bir sıra qərarlarına, eləcə də bu yaxınlarda Moskvaya səfər etdiyinə və Amerikanı tənqid etdiyinə görə hakimiyyətdən getməli olması barəsində xəbərdarlıq edib.
Qeyd edək ki, bir qədər əvvəl Pakistan parlamentinin buraxılması ilə bağlı məlumatlar yayılıb.