Modern.az

Taliban narkotik becərilməsini qadağan etdi

“Taliban” narkotik becərilməsini qadağan etdi

Aktual

3 Aprel 2022, 13:30

"Taliban" hökuməti Əfqanıstanda xaşxaş becərilməsini tamamilə qadağan edib.

 

Modern.az "TRT"-yə istinadən xəbər verir ki, "Taliban" administrasiyası bununla bağlı bəyanat yayıb.

 

"Taliban" hökumətinin başçısı molla Hibetullah Axundzadənin qərarı ilə bütün ölkədə spirtli içkilər, heroin, narkotik həblər, sərxoşedici maddələrin istifadəsi, ticarəti və hər cür narkotik istehsal edən fabriklərin fəaliyyəti qadağan olunub. Bu qərarı pozan mühakimə ediləcək və cəzalandırılacaq.

 

Qərara əsasən, bütün ölkə ərazisində xaşxaş əkini aparılmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı