Modern.az

Çavuşoğlu Pakistandakı vəziyyətlə maraqlandı

Çavuşoğlu Pakistandakı vəziyyətlə maraqlandı

Aktual

3 Aprel 2022, 13:38

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə Pakistandakı daxili siyasi prosesləri müzakirə edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Çavuşoğlu Qureyşi ilə telefonla danışıb.

 

Söhbət zamanı Pakistanda baş verən daxili siyasi proseslər müzakirə olunub.

 

Qeyd edək ki, aprelin 3-də Pakistanda Baş nazir İmran Xan hökumətinə etimadsızlıq səsverməsi baş tutmayıb.

 

Xana etimadsızlıq səsverməsi martın 28-də ölkə parlamenti tərəfindən 161 lehinə səsi ilə qəbul edilmişdi. Hökumətin müttəfiq olduğu partiyaların etimadsızlıq səsverməsində müxalifətin tərəfinə keçəcəyini bəyan etməsindən sonra parlamentin üstünlüyü müxalifət blokuna keçmişdi.

 

Bu gün Pakistan parlamentinin və Nazirlər Kabinetinin buraxılmasına qərar verilib, ölkədə yeni seçkilərin keçirilməsi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı