Rusiya orudusu Ukraynanın Xerson vilayətinin Berislav şəhərinin meri Aleksandr Şapovalovu əsirlikdən azad edib.
Modern.az Unian-a istinadən xəbər verir ki, bu barədə Berislav Şəhər Şurası məlumat yayıb.
"Dünən saat 11 radələrində Berislav şəhərinin meri Aleksandr Şapovalov əsirlikdən azad edilib. Bu, hamı üçün 16 uzun və çətin gün idi", - deyə açıqlamada bildirilin.
Merin hazırda evində olduğu və normal həyata qayıtmağa çalışdığı qeyd edilir. Onun səhhətində problem yoxdur.