Rusiyanın Azərbaycandakı Səfirliyi Bakıda gecə klubunda baş vermiş partlayışla bağlı başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə səfirlik tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmçinin zərərçəkənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığı müəyyənləşdirilir".
Xatırladaq ki, bu gecə Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb.