Modern.az

Rusiyaya görə Almaniyaya ağır ittihamlar

Rusiyaya görə Almaniyaya ağır ittihamlar

Aktual

3 Aprel 2022, 15:10

Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski Almaniyanı Rusiya ilə yaxın münasibətlərdə ittiham edib.

 

Modern.az xəbər verir ki, Almaniyanın "Die Welt" qəzetinə müsahibə verən Kaçinski Rusiya-Ukrayna müharibəsinə toxunaraq deyib ki, Almaniya hökuməti illərdir Rusiya Prezidenti Vladimir Putinin nə etdiyini görmək istəmirdi:

 

“Niyəsini bu gün görürük. Amma onlar uzun müddət Rusiyanın addımlarını görmək istəmirdilər. Rusiya təbii qazla müqayisədə neft ixracından 5 dəfə çox qazanır. Almaniya Rusiya neftinin idxalına embarqo qoymur və Ukraynaya kifayət qədər silah vermir”.

 

Polşanın ədliyyə naziri Zbiqnev Ziobro da Rusiya-Ukrayna müharibəsi ilə bağlı Moskvanı hədəf alan sanksiyalara Almaniyadan fərqli yanaşma gördüklərini bildirib:

 

“Almaniya Rusiyaya qarşı sərt sanksiyalara qarşı mühüm rol oynaya bilər, amma bu mövzuda Macarıstan “günahkar” elan edildi. Müəmmalı olan da budur".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...