İsveç ikinci divizionunda keçirilən oyunda bu ilin ən böyük məğlubiyyətlərindən biri qeydə alınıb.
Modern.az xəbər verir ki, “Akropolis” klubu evdə “Stoksund”a 0:28 hesabı ilə uduzub.
Qonaqlar ilk hissədə 13, 2-ci hissədə isə 15 qol vurublar.
Qeyd edək ki, "Akropolis" ciddi maliyyə problemləri yaşayır. “Stoksund”la uğursuz oyuna görə komandanın iştirak ərizəsində cəmi 11 futbolçu yer alıb.
Xatırladaq ki, “Akropolis” maliyyə çətinliyi səbəbindən İsveç kubokundan imtina edib.