Modern.az

Rusiyada güclü yanğın - Uşaqlar öldü

Rusiyada güclü yanğın - Uşaqlar öldü

Aktual

3 Aprel 2022, 15:27

Rusiyanın Novqorod vilayətinin Starorusski rayonunda güclü yanğın olub. Hadisə nəticəsində üçü uşaq olmaqla 4 nəfər ölüb.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Novqorod vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, bu gecə Starorusski rayonunun Tuleblya kəndində yaşayış binasında yanğın olub. Nəticədə üçü uşaq olmaqla 4 nəfər ölüb. Daha bir yaralı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

2011, 2012 və 2015-ci il təvəllüdlü üç uşağın ölümü ilə nəticələnən yanğınla əlaqədar araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı