"Gürcüstan Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyəcək”.
Modern.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan hökuməti bu qərarla ölkənin və xalqın milli maraqlarını üstün tutur: “Mən ölkəmizin və xalqımızın mənafeyinə uyğun hərəkət edəcəyəm və bu qərarı heç kəs dəyişə bilməz. Ölkəmiz və xalqımızın maraqlarına uyğun siyasət aparacağam”.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili rəsmi Tbilisinin Rusiyaya qarşı bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulduğunu açıqlamışdı.
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında, Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə iştirak edirik”, - Zurabişvili “CNN” telekanalına müsahibəsində demişdi.