Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 42 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 061 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 023 nəfər müalicə olunaraq sağalıb, 9697 nəfər vəfat edib, aktiv xəstə sayı 341 nəfərdir.
Ölkədə son sutka ərzində 4048, hazırkı dövrədək isə 6 714 357 test aparılıb.
