Modern.az

Dubayda qalib qılıncoynadanlar müəyyənləşdi

Dubayda qalib qılıncoynadanlar müəyyənləşdi

Aktual

3 Aprel 2022, 17:10

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qılıncoynatmanın sablya növü üzrə dünya birinciliyinin ikinci yarış günündə yeniyetmə oğlan və qızların şəxsi mübarizəsində qaliblər müəyyənləşib.

 

Azərbaycan Qılıncoynatma Federasiyasından Modern.az-a bildiriblər ki, qızların şəxsi mübarizəsində qrup mərhələsini 3 qələbə ilə başa vuran Zərifə Hüseynova turnirin 8 ən güclü sablyaçısı sırasına yüksəlib. Zərif pley-offda amerikalı Lola Possik (15:8), bolqar Emma Neikova (15:4) və italyan Martina Giancolaya (15:14) qalib gəlib. Ötən il keçirilən dünya birinciliyinin yeniyetmələr arasında bürünc medalçısı olan Zərifə Hüseynova yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə ABŞ təmsilçisi Alexandra Manqaya 7:15 hesabı ilə uduzub.

 

Qrup mərhələsində 5 qələbə qazanan Ayxan Xasıyev 32-liyə yüksəlmək uğrunda keçirilən pley-off görüşündə ukraynalı Dmitri Kolobayevə 8:15 hesabı ilə məğlub olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı