Modern.az

Ukrayna səfirliyindən partlayışla bağlı paylaşım

Ukrayna səfirliyindən partlayışla bağlı paylaşım

Aktual

3 Aprel 2022, 17:38

Ukraynanın Azərbaycandakı Səfirliyi Bakıda gecə klubunda baş verən partlayışla bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, səfirliyin rəsmi feysbuk hesabında edilən paylaşımda bildirilir:

 

“Bakının mərkəzində gecə baş verən partlayış nəticəsində ölənlərin olması xəbəri bizi son dərəcə sarsıtdı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət alanların tezliklə sağalmasını diləyirik”.

 

Xatırladaq ki, bu gecə Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!