Rusiyanın Yakutiya muxtar vilayətində yaşayan azərbaycanlı iş adamı, "Almaz” mağazalar şəbəkəsinin sahibi Mətləb İbadov dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə “Yakutsk Veçerniy” teleqram kanalında məlumat paylaşılıb.
Onun aprelin 1-də koronavirusdan dünyasını dəyişdiyi bildirilir.
Məlumata görə, M.İbadov 1978-ci ildən Yakutiyada işləyib. O, sovet dövründə “Studenchesky” mağazasını tikdirib. Son vaxtlar “Almaz” ticarət şəbəkəsinə rəhbərlik edib. Bundan əlavə, M.İbadov yol tikintisi ilə də məşğul olub.
Xeyriyyəçi iş adamı Yakutiyada böyük nüfuz sahibi idi.