İranda ötən sutka ərzində 1275 nəfər koronavirusa (COVID-19) yoluxub, 38 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayın.
Bununla da İranda virusdan ölənlərin sayı 140 315, xəstəliyə yoluxanların sayı isə 7 167 646 nəfərə çatıb. Virus daşıyıcılarından 1667 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 886 942 nəfər koronavirusdan sağalıb, 49,5 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 147 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 26,2 milyon təşkil edir.