“Qətər Dövlətinin Bakıdakı Səfirliyi qardaş Azərbaycan Respublikasına və xalqına paytaxt Bakıda baş vermiş partlayış səbəbindən dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir”.
Modern.az xəbər verir ki, bu barədə Qətərin Azərbaycandakı Səfirliyinin "Twitter hesabında paylaşım edilib.
Xatırladaq ki, bu gecə Bakının mərkəzində, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış olub. Hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb.