Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
Modern.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançımızın rəqibi serbiyalı Sebastyan Nad olub.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklər arasında ilk dəfə nüfuzlu yarışda mükafatçılar sırasında yer alıb. 19 yaşlı pəhləvan 2021-ci ildə gənclər arasında Avropa və dünya çempionu, eləcə də U-23 dünya çempionatının qalibi olub.
Bununla da Azərbaycan klassik güləşçilərinin Avropa çempionatında medal sayı 6-ya çatıb.