Modern.az

Qızıl ucuzlaşır

Qızıl ucuzlaşır

Aktual

4 Aprel 2022, 09:50

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artmasının təzyiqi altında qızılın qiyməti düşüb. İnvestorlar, həmçinin Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırmaq perspektivlərini qiymətləndirirlər.

 

Modern.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,3%, yaxud 5,8 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 917 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,17% artaraq, 1 unsiyası 24,695 ABŞ dolları təşkil edib.

 

ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi 2,375%-dən 2,414% səviyyəsinədək artıb.

 

Bundan başqa, ABŞ-da əmək bazarı ilə bağlı hesabatın açıqlanması qiymətli metalın dəyərinə təsir edib. Belə ki, fevral ayında 3,8% təşkil etmiş işsizlik səviyyəsi mart ayında 3,6%-ə düşüb. Analitiklər isə azalmanın 3,7%-dək olacağını gözləyirdilər. Bütün bunlar qiymətli metalın qiyməti üzərində təzyiq yaradır.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar