Modern.az

Ukraynada ölən uşaqların yeni sayı açıqlandı

Ukraynada ölən uşaqların yeni sayı açıqlandı

Aktual

4 Aprel 2022, 10:25

Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı silahlı təcavüzü nəticəsində 161 uşaq həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq öz Telegram səhifəsində məlumat yayıb.

 

"Aprelin 4-ü səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 425-dən çox uşaq zərər çəkib. Eyni zamanda, 161 uşaq ölüb, 264 uşaq yaralanıb. Bu məlumatlar yekun deyil", - hesabatda bildirilir.
 

Uşaqlardan ən çoxu Kiyevdə zərər çəkib – 75 nəfər.

Donetskdə - 78, Xarkovda - 59, Çerniqovda - 49, Nikolayevdə - 34, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, Sumıda - 16, Jitomirdə – 15 uşaq müharibə qurbanı olub.

 

Bombardman və atəş nəticəsində 869 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83-ü tamamilə məhv edilib.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar