Modern.az

Qubada torpaq sürüşməsi - 6 ev təhlükədə

Qubada torpaq sürüşməsi - 6 ev təhlükədə

Aktual

4 Aprel 2022, 10:04

Quba rayonun Küsnətqazma kəndində torpaq sürüşməsi baş verib.

 

Modern.az xəbər verir ki, kənd sakinləri sürüşmə prosesini aprelin 3-ü səhər saatlarından müşahidə etməyə başlayıblar.

 

Torpaq sürüşməsi baş verən əraziyə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Fövqəladə Hallar Nazirliyinin, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının mütəxəssisləri baxış keçirib.

 

Qəçrəş bələdiyyəsinin sədri Vüqar Kərimov bildirib ki, kəndin yuxarı hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrdə çatır. Bir hektara yaxın ərazini əhatə edən sürüşmə sahəsi kənddəki evlərdən 300 metr məsafədədir. Kəndin həmin hissəsində 6 ev var. Bu ərazidə əvvəllər də torpaq sürüşməsi baş verib.

 

Bələdiyyə sərdi qeyd edib ki, aprelin 4-də sürüşmə zonasında aktivliyin azaldığı müşahidə olunub. Ötən gecə proses yalnız sürüşmə sahəsinin sonunda davam edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar