Modern.az

Kadırov Mariupolun tezliklə tam tutulacağını bildirib

Kadırov Mariupolun tezliklə tam tutulacağını bildirib

Aktual

4 Aprel 2022, 11:04

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın mühasirədəki Mariupol şəhərində gedən döyüşlərin videosunu dərc edərək, şəhərin böyük hissəsinin rus hərbçilərinin nəzarətində olduğunu və onun tezliklə “millətçilərdən” tamamilə təmizlənəcəyini bildirib.


Modern.az xəbər verir ki, Kadırov Telegram-da bildirib:

"Mariupolun böyük hissəsi Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir. Yerli əhali üçün davamlı humanitar yardımlar təşkil olunub. Əminəm ki, tezliklə şəhər iyrənc millətçilik fenomenindən tamamilə təmizlənəcək".


Martın 31-də Çeçenistan rəhbəri bildirmişdi ki, Mariupol artıq 90-95% tutulub və “azad edilmək üçün yalnız iri metallurgiya zavodu “Azovstal” qalıb”.

Kadırov şənbə günü hücumunun başladığını elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar