Modern.az

Neftçilər dənizdən təxliyə olunub - SOCAR

Neftçilər dənizdən təxliyə olunub - SOCAR

Aktual

4 Aprel 2022, 11:24

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İB dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

 

Bu barədə qurumdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, hava şəraiti nəzərə alınaraq, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

 

"Təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır", - SOCAR "aZNEFT" İB bildirib.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar