“COVID zamanı vərəm diaqnozunun qoyulması sayı azalıb”.
Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə Nümayəndələyinin rəhbəri Hande Harmancı Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransda bildirib.
H.Harmancının sözlərinə görə, vərəmlə mübarizə aparmaq üçün peyvənd və dərmanlar mövcuddur:
"Sadəcə əməkdaşlıq etmək və təcrübə mübadiləsi etmək lazımdır. COVID-lə mübarizədən fərqli olaraq vərəmi nəzarətdə saxlamaq mümkündür".