Polşanın baş naziri Mateuş Moravetski humanitar vizalar istisna olmaqla, ruslara Şengen vizalarının verilməsini dayandırmağı təklif edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir bazar ertəsi Varşavadakı mətbuat konfransında deyib:
"Rusiya cəmiyyətinə qarşı qəti sanksiyalar tətbiq edilməlidir. Humanitar vizalar istisna olmaqla, ruslara Şengen vizalarının verilməsinə qadağa qoyulmalıdır".
O, yalnız Rusiyanı tərk etmək istəyənlərə viza verilməsini təklif edib.