Modern.az

Güclü külək Xırdalanda məktəbin damını uçurub - VİDEO

Güclü külək Xırdalanda məktəbin damını uçurub - VİDEO

Aktual

4 Aprel 2022, 12:56

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək məktəbdə fəsad törədib.

 

Moden.az-ın məlumatına görə, külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.

 

Abşeron Rayon Təhsil Şöbəsindən isə bildirilib ki əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

"Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”, - deyə əlavə olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar