Xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbərinin "Twitetr" hesabında bildirilib.
"Biz Avropa Şurası - Azərbaycan münasibətləri, əməkdaşlığın perspektivləri, regional məsələlər, həmçinin Ukraynadakı vəziyyət barədə hərtərəfli müzakirələr apardıq. Regionun sülh və firavanlıq şəraitində inkişafı ilə bağlı Azərbaycanın mövqeyini bölüşdüm", -XİN başçısı eyd edib.