Modern.az

Oruc tutmaq barədə 6 YANLIŞLIQ

Oruc tutmaq barədə 6 YANLIŞLIQ

Aktual

4 Aprel 2022, 14:36

Modern.az Oruc haqqında 6 yanlış stereotipləri təqdim edir.

 

Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

 

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.

 

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.

 

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.

 

Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.

 

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

 

Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.

 

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.

 

Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

 

Həqiqət: Bunlar - 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

 

Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.

 

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar