Modern.az

Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə versə, biz dəstəkləyəcəyik - Baş direktor

Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə versə, biz dəstəkləyəcəyik - Baş direktor

Aktual

4 Aprel 2022, 16:52

Azərbaycan itkin düşmüş şəxslərin tapılmaması ilə bağlı Ermənistanı beynəlxalq məhkəməyə versə, biz Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyik.

 

Modern.az məlumatına görə, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrina Bpmberger deyib.

 

"Bu məsələ Beynəlxalq konvensiyaya uyğun olaraq həyata keçirilir və itkinlərin tapılması ilə bağlı ölkələr üzərinə məsuliyyət düşür. Bu prosesdə ölkələr məsuliyyət daşıyır.

 

Bildirirəm ki, bu, itkin düşmüş şəxslərin ailələrinin hüquqlarını müdafiə etmək üçün bir amildir. Əgər bu məsələ ilə bağlı Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verərsə, biz Azərbaycanın mənafeyini müdafiə edəcəyik", - deyə baş direktor vurğulayıb.

Sizə yeni x var
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar