Modern.az

Son sutkada 6 nəfər yoluxub, 1 nəfər ölüb

Son sutkada 6 nəfər yoluxub, 1 nəfər ölüb

Aktual

4 Aprel 2022, 17:02

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 792 067 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib, aktiv xəstə sayı 329 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 106, hazırkı dövrədək isə 6 716 463 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar