Modern.az

Çoxmənzilli binalarda sənədlərlə bağlı vahid informasiya bazası yaradılacaq

Çoxmənzilli binalarda sənədlərlə bağlı vahid informasiya bazası yaradılacaq

Aktual

4 Aprel 2022, 17:40

Çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazası yaradılacaq.

 

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda əksini tapıb.

 

Tədbirlər Planına əsasən, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi ilə birlikdə 2022─ 2024-cü illərdə tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsini təmin etməlidir.

 

Bunun üçün vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər toplanılacaq, vahid informasiya bazası yaradılacaq və daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər təqdim ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar