Modern.az

Litva Rusiyadakı səfirini geri çağırır

Litva Rusiyadakı səfirini geri çağırır

Aktual

4 Aprel 2022, 17:56

Litva hökuməti RF ilə diplomatik münasibətlərin səviyyəsini azaltmağı qərara alıb və Rusiya səfiri Aleksey İsakovun ölkədən çıxmasını tələb edib.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazir Qabrielyus Landsbergis bildirib ki, Rusiyanın Klaypedadakı konsulluğunun bağlanmasına da qərar verilib.

 

XİN-in başçısının sözlərinə görə, Litvanın Rusiyadakı səfiri Eytvidas Bayanuras yaxın vaxtlarda Moskvanı tərk edəcək.

 

Litva bu qərarları barədə Avropa İttifaqı və NATO-dakı tərəfdaşlarını məlumatlandırıb və onları analoji addımlar atmağa çağırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar