Moskvanın mərkəzi küçəsində binalar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə iki ölkənin bayraqları rəngində işıqlandırılıb.
Modern.az xəbər verir ki, aprelin 4-də Moskvanın mərkəzi Yeni Arbat küçəsindəki məşhur “kitab” binaları Azərbaycan və Rusiya bayraqlarının rəngində işıqlandırılıb.
Binaların üzərində “Azərbaycan, Rusiya, diplomatik münasibətlərin 30-cu ildönümü” sözləri yazılıb.