Modern.az

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Aktual

5 Aprel 2022, 10:52

Qızılın qiyməti düşüb. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) baza faiz dərəcəsini daha da artırmaq perspektivlərini qiymətləndirirlər.

 

Modern.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın iyun fyuçersləri 0,29%, yaxud 5,7 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 928,3 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,06% artaraq, 1 unsiyası 24,578 ABŞ dolları təşkil edib.

 

İnvestorlar hesab edirlər ki, ABŞ FES tezliklə baza faiz dərəcəsini daha da artıracaq. Bu isə, milli valyuta üçün müsbət, qızıl üçün mənfi amildir.

 

Bundan başqa, ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,412%-dən 2,421% səviyyəsinədək artması da qiymətli metalın qiyməti üzərində təzyiq yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkianla Paşinyan yan-yana - İrəvanda Azərbaycan rəqsi oynadılar