Modern.az

Goranboyda abadlıq işləri davam edirilir - FOTO

Goranboyda abadlıq işləri davam edirilir - FOTO

Aktual

5 Aprel 2022, 12:30

Goranboy şəhərində abadlıq-quruculuq işləri davam edirilir.

 

Hazırda şəhərin Nizami küçəsində əsaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. Küçəyə səki yandaşları və bardürlər düzülür, gecə işıqlandırmasını təmin etmək üçün işıq dirəkləri qurulur, yeni asfaltın salınması üçün hazırlıq işləri görülür.

 

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə aparılan işlərlə yerində tanış olub, işlərin keyfiyyətlə aparılması və digər küçələrdə görülməsi nəzərdə tutulan işlərlə  bağlı tapşırıq və tövsiyyələrini bildirib.

 

Ümumilikdə, Goranboy şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilib. İsmət Qayıbov, Nazim Hikmət, Səməd Vurğun, Nigar Rəfibəyli, İlham İsmayılov, Şıxəli Qurbanov, Mikayıl Müşfiq, Vüqar Bayramov, Xəqani, Qatır Məmməd küçələrində 15 150 kv.m asfalt örtük salınmışdır. İlham İsmayılov, Vidadi, İsmət Qayıbov, Mikayıl Müşfiq, Xəqani, Məmməd Məhərrəmov, Vaqif, Cəlil Məmmədquluzadə  küçələrində 5720 metr səki yan daşları düzülmüş, 11 675 kv.m səkiyə asfalt örtük salınıb. 

 

Qeyd edilən bütün küçələrə 210 ədəd Led lampaqlar, məişət tullantısının toplanması üçün 80 ədəd qutu, 37 küçəyə ad bildirən lövhələr quraşdırılıb. Hazırda Şəhidlər Xatirə Kompleksində yenidənqurma işləri aparılır. S.Civəzadı küçəsi 9-a ünvanında yerləşən Şəhid ailələri və digər imtiyazlı ailələr üçün inşa edilmiş 16 mənzilli yaşayış binasında fərdi qaydada kombi sistemi çəkilib. 4 qəzalı yaşayış binasının yerində inşa ediləcək yeni binaların layihə-smeta sənədləri işlənilir. Yaxın vaxtlarda tikinti işlərinin başlanılması nəzərdə tutulub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı